Bu gün Binəqədi Rayon Məhkəməsində hakim Samir Nəsibovun sədrliyi ilə böhtan atmaqda təqsirləndirilən müğənni Dəniz Əsədova ilə bağlı məhkəmə prosesi keçirilib.
Bakupost.az xəbər verir ki, məhkəmənin hökmü ilə Dəniz Əsədova Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Məhkəmənin qərarı ilə onun barəsində axtarış elan edilib.
Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsində araşdırılan başqa bir işdə isə Dəniz Əsədova vəkil Asim Abbasov və Cavidan Osmanlını təhqir etməkdə və onlara böhtan atmaq təqsirləndirilir.
O, daha əvvəllər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 147 və 148-ci maddələri ilə məhkum olunub.