Ru
22:55 / 07 Yanvar 2025

Müharibə genişlənəcək, Putinlə görüşməyim yersiz olar - Tramp

 Müharibə genişlənəcək, Putinlə görüşməyim yersiz olar - Tramp
Eye

Yanvarın 20-də andiçmə mərasimi keçiriləcək ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi genişlənə bilər.

Bakupost.az UNİAN-a istinadən xəbər verir ki, o, bu barədə Mar-a-Laqoda mətbuat konfransı zamanı bildirib.

Respublikaçı ABŞ-ın hazırkı prezidenti Co Baydenin Ukraynadakı müharibə ilə bağlı taktikasını tənqid edib:

"Bu müharibə indikindən qat-qat pis ola bilər".

Eyni zamanda, müharibəni müzakirə etmək üçün Rusiya lideri Vladimir Putinlə nə zaman görüşməyi planlaşdırdığı barədə suala Tramp cavab verə bilməyəcəyini deyib:

"Amma mən bilirəm ki, Putin görüşmək istərdi. Düşünürəm ki, ayın 20-dən sonra görüşməyim yersiz olar. Bu müharibəyə nifrət edirəm, çünki bilirsiniz ki, hər gün insanlar, çoxlu gənclər ölür - əsgərlər".

O, Rusiyanın Ukraynaya qarşı müharibəsinin baş verməməli olduğunu vurğulayıb. Tramp bir daha öz tezisini təkrarlayıb və bildirib ki, o, prezident olsaydı, bu müharibə baş verməzdi.

Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar