Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:34 / 27 Noyabr 2024

Müharibədə iştirak müddətinə görə vəsaitin məbləğində fərq ola bilər - DEPUTATDAN TƏKLİF

572
“Müharibə iştirakçıları arasında qruplaşdırmanın aparılmasını təklif edirəm”.

Bakupost.az "Qafqazinfo" -ya istinadən xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bu gün keçkirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu gün müharibə iştirakçılarına ayrılan vəsait cəmiyyətdə ən geniş müzakirə olunan məsələlərdən biridir: “Məlum məsələdir ki, burada yüz minlərlə insandan və böyük vəsaitdən söhbət gedir. Bu məsələ ilə bağlı bir təklifi irəli sürmək istəyirəm. Hazırda qısa və uzun müddət döyüşlərdə iştirak edən müharibə iştirakçıları arasında fərq yoxdur. Düşünürəm qısa və uzun müddət döyüşlərdə iştirak edən müharibə iştirakçıları ilə uzun müddət döyüşlərdə iştirak edən müharibə iştirakçıları arasında fərqin müəyyənləşdirilməsi daha ədalətli olardı. O zaman müəyyən kateqoriyalara ayrılan vəsaitin nəzərdən keçirilməsinə də baxa bilərik.

Bundan başqa, gələcəkdə qadınların pensiya yaşlarına yenidən baxılması... Bu gün reallıq ondan ibarətdir ki, müəyyən bir yaşa gəldikdən sonra insanlar iş tapmaqda əziyyət çəkirlər. Cəmiyyətin bu məsələdən ən çox əziyyət çəkən üzvlərindən biri də qadınlardır. Bu məsələ ilə də bağlı bizə çoxlu müraciətlər var”.

C.Məmmədov çıxışı zamanı ailələrdə və məktəbə gedən uşaqların sayında ciddi azalma olduğunu da əlavə edib: “Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-2024-cü tədris ili üzrə birinci sinfə 132 261 uşaq qəbul olunduğu halda, 2022-2023-cü tədris ilində ölkənin ümumtəhsil məktəblərinin birinci sinfinə 137 862 uşaq gedib. Təxminən 6000-ə yaxın məktəbə gedən uşaqların sayında azalma var. Bölgələrdə bu problem özünü daha qabarıq şəkildə göstərir. Ailələrdə və məktəbə gedən uşaqların sayında ciddi azalma var. Bütün bunlar çox uşaqlı və aztəminatlı ailələrə əlavə maddi dəstək mexanizmləri barədə düşünməyi zəruri edir”.

***

Məsələyə digər millət vəkili Razi Nurullayev də münasibət bildirib. O qeyd edib ki, qazilərin xərclərini 80 manatla ödəmək mümkün deyil: “Bu gün də əlillik tələbi ilə müraciət edən onlarla qazimiz var. Onlarla danışmaq, nəyisə izah etmək demək olar ki, mümkün deyil. Onların canı ağrıdığına görə, psixoloji travma və ehtiyac ucbatından əlillik haqqının olduğuna inanırlar. Ən azı 4-5 dəfə elə bu tribunadan təklif verdim ki, yaralanmış, psixolji travma almış və hələ də müalicəsi gedən müharibə iştirakçılarına 2-3 illik aylıq müavinət təyin olunsun. Bu gün də buna ehtiyac duyuram. Çünki onların müalicəsi dövlət tərəfindən aparılsa da, yaşayış, ailə, dərmanların alınması, nəqliyyat və digər xərcləri var. O xərcləri aldıqları 80 manatla ödəmək mümkün deyil axı. Onun üçün də 80 manatın iki dəfə artırılması ilə bağlı ehtiyac və tələb var. Bununla bağlı verdiyimiz suallara hökumət üzvləri komitə müzakirələrində də cavab vermədilər.

Digər təklifim qazilərin işsizliyi ilə bağlıdır. Demək olar ki, böyük əksəriyyətin ali təhsili yoxdur və bu, onların yaxşı işə düzəlməsinə imkan vermir. Bu təklifi iki dəfə səsləndirmişəm və yenə də təklif edirəm. Nazirliklə ali təhsil müəssisələri arasında razılaşma əldə olunsun və onların nəznində bir-iki illik təhsil proqramları yaradılsın. Hökumət buradan irəli gələn məsələləri həll edə bilər. Bu sosial narazılıqların aradan qalıdırılmasında əsaslı rol oynayardı”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar