Ru
17:45 / 22 Aprel 2025

Musiqili Teatrda "saqqız davası": Xalq artisti ilə müğənni dalaşıb?

Musiqili Teatrda "saqqız davası": Xalq artisti ilə müğənni dalaşıb?
Eye

Akademik Musiqili Teatrında qalmaqal yaşandığı iddia olunur.

Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, olay mədəniyyət naziri Adil Kərimlinin sözügedən teatrda aktyorlarla görüş keçirdiyi ərəfədə baş verib.

Hadisə Xalq artsiti Afaq Bəşirqızı ilə teatrın aktrisası, müğənni Almaz Ələsgərova arasında yaşanıb. Buna səbəb isə Almaz Ələsgərovanın saqqız çeynəməsi olub.

Afaq Bəşirqızı iclas iştirakçılarından birinin saqqız çeynədiyini eşidib. İddiaya görə, aktrisanın əsəbləri buna dözməyib və ucadan "bu qələti edən kimdir?" deyə iştirakçılara səslənib. Bu zaman Almaz Ələsgərova "qələti sən özün edirsən" cavabını verib.

Qeyd edilir ki, bundan sonra Afaq Bəşirqızı ilə Almaz Ələsgərova arasında gərginlik yaşanıb. Qalmaqal yalnız nazir Adil Kərimlinin teatra girişindən sonra səngiyib.

Sayt məsələ ilə bağlı Xalq artisti Afaq Bəşirqızı ilə əlaqə saxlayıb. Afaq Bəşirqızı açıqlamasında "Onu deyən qələt edir. Almaz hara, mən hara?!" deməklə kifayətlənib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar