Tbilisidə bir neçə gündür davam edən etiraz aksiyaları zamanı Gürcüstanın müxalif “Qirçi – daha çox azadlıq” partiyasının sədri Zurab Caparidze saxlanılıb.
Bakupost.az xəbər verir ki, bu barədə məlumatı ölkənin yerli “Ambebi” portalı yayıb.
Caparizdenin Çavçavadze prospektində saxlanıldığı qeyd olunub. Gürcüstanın Daxili İşlər Nazirliyi məsələ ilə bağlı hələ şərh bildirməyib.
Xatırladaq ki, Tbilisidə noyabrın 28-dən hökumət əleyhinə etiraz aksiyalarının növbəti dalğası başlayıb. Aksiyalarda 224 etirazçı saxlanılıb. Etirazların keçirilməsinə səbəb isə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlaması məsələsinin 2028-ci ilə qədər gündəlikdən çıxarıldığını və Aİ-dən bütün maliyyə qrantlarından imtina edildiyini açıqlaması olub.