Hansı bank etibarlıdır? - SORĞU
Ru
00:18 / 05 Dekabr 2024

Müxalifət Makronun istefasını tələb etdi

769
Fransa Milli Assambleyasında (parlamentin aşağı palatası) solçu müxalifət respublika prezidenti Emmanuel Makronun istefasını tələb edib.

Bakupost.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Xaosun günahkarı biz deyilik, lakin ölkəni 7 ildir idarə edən Emmanuel Makrondur", - deyə solçi "İtaətsiz Fransa" Partiyasının fraksiyasının rəhbəri MathildA Pano Mişel Barnier hökumətinə etimadsızlıq səsverməsindən sonra danışan deyib.

Səsvermənin nəticələrinə az qalmış Makron üç günlük səfərdə olduğu Səudiyyə Ərəbistanından Parisə qayıdıb.

Çərşənbə günü Milli Assambleya 2025-ci il dövlət büdcəsinin sosial bölmələrinin parlamentdən yan keçərək qəbul edilməsi ilə əlaqədar Barnierin kabinetinə etimadsızlıq barədə qətnamə qəbul edib. 331 deputat lehinə səs verib. İndi baş nazir istefa verməlidir.

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar