Hansı bank etibarlıdır? - SORĞU
Ru
01:10 / 27 Oktyabr 2024

Müxalifət nəticələri tanımadı - Tiflisdə gərginlik

2998
Birlik – Milli Hərəkat Gürcüstanda ötən gün keçirilən seçkilərin nəticələrini tanımadığını elan edib.

Bakupost.az xəbər verir ki, bu barədə partiyanın rəhbəri Tinatin Bokuçava brifinqdə bildirib.

“Birlik – Milli Hərəkat” adından bəyan edirik ki, oğurlanmış, qəsb edilmiş seçkilərin nəticələrini qəbul etmirik.

Həmçinin müxalifətin “Dəyişiklik üçün Koalisiyası”nın lideri Nika Qvaramiya keçirdiyi brifinqdə deyib ki, onun partiyası Mərkəzi Seçki Komissiyasının məlumatlarını tanımır:

“Seçkilər oğurlandı, bu, konstitusiya çevrilişidir”.

Qeyd edək ki, səslərin 97%-nin sayılmasından sonra Gürcü Arzusunun 52,99%, Birlik – Milli Hərəkatın 9,83%, Dəyişiklik üçün Koalisiyanın 11,2% səs topladığı elan edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar