Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:49 / 25 İyul 2024

Müxalifət partiyası sədrinin qızı “Yüksəliş”in qalibi oldu - FOTO

3350
Tanınmış siyasətçi, müxalif Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin qızı Günel Musayeva “Yüksəliş” müsabiqəsinin qalibi olub.

Bakupost.az xəbər verir ki, bu barədə partiya sədri sosial şəbəkədə paylaşım edib.

"Günelin “Yüksəliş” müsabiqəsinin qalibi olması məni həm sevindirdi, həm qürurlandırdı, həm də seçki öncəsi mənə xüsusi motivasiya verdi.

Təşəkkürlər, qızım! Səninlə fəxr edirəm!", - deyə E.Musayev qeyd edib.




Qeyd edək ki, Elşad Musayevin övladları Günel və Xeyrənsə Musayeva bacıları 2017-ci ildə Türkiyədə tarixi uğura imza atmışdılar. İstanbulun ingiliscə təhsil verən ən çox xarici tələbəyə sahib Bahçeşehir Universitetindən böyük nailiyyət əldə edərək məzun olan bacılardan Günel Musayeva universitet birincisi, Xeyrənsə Musayeva isə, universitet üçüncüsü olaraq təhsillərini başa vurmuşdular.

Birinci olan G.Musayeva Bahçeşehir Univeristeti 2017-ci il dönemi "Altın Beyin"i fəxri adı ilə təltif edilib və ona "Altın Beyin” ödülü verilib.

G.Musayeva İqtisadiyyat, İdarəetmə və Sosial Elmlər fakültəsi Beynəlxalq Maliyyə Bölümü ilə yanaşı, ikinci ixtisas olaraq İqtisadiyyat, X.Musayeva isə Beynəlxalq Maliyyə və Biznesin idarəedilməsi bölümlərində təhsil alıb. Eyni zamanda hər iki bacı Amerikanın ən yaxşı araşdırma universiteti olan Syracuse Universitetində Maliyyə bölümündə oxumuş və orada da maksimum 4 not ortalaması əldə ediblər. Bu tələbələr 2012-ci ildə Azərbaycanda qızıl medal alaraq, ölkə birinciliyi ilə məzun olublar.

Bahçeşehir Universiteti Türkiyədə ən çox xarici tələbəyə sahib olan, tam ingilis dilində təhsil verən bir universitetdir. 106 ölkədən 3200 xarici tələbəyə sahibdir. Hazırda 3 qitə, 8 ölkəyə yayılmış Silikon vadisindən Hong Konga qədər uzanan 5 universiteti, 4 dil məktəbi, 5 akademik mərkəzi olan BAU Global Universiteti Türkiyənin ən nüfuzlu vəqf universitetidir.




Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar