Ru
11:42 / 16 Noyabr 2024

Müxalifət ultimatum verdi - Abxaziya "prezident"i qaçdı - FOTO

Müxalifət ultimatum verdi - Abxaziya "prezident"i qaçdı - FOTO
Eye

Abxaziya "prezidenti" Aslan Bjaniya müxalifətin istefa ultimatumu fonunda Suxumini tərk edib.

Bakupost.az xəbər verir ki, bu barədə "Vedomosti" Abxaziya "lideri"nin mətbuat xidmətinə istinadən bildirib.

"Hazırda Aslan Bjaniya doğulduğu Tamış kəndindədir", - mesajda deyilir.



Bəzi məlumatlara görə isə tanınmamış Abxaziyanın prezidenti müxalifətin Suxumidən qaçaraq, Rusiya hərbi bazasına sığınıb.



Qeyd edək ki, noyabrın 15-də müxalifətçilər Bjaniyaya istefa vermək üçün bir saat vaxt vermiş, əks halda onun həmin an olduğu Daxili İşlər Nazirliyinin binasına gedəcəklərini açıqlamışdılar.


Xatırladaq ki, noyabrın 12-dən Abxaziyada Rusiya ilə investisiya sazişinin ratifikasiyasına qarşı etirazlar keçirilir. Sazişdə Rusiya Federasiyasından olan şirkətlərin bir sıra güzəştlərlə respublika ərazisində öz layihələrini həyata keçirməsi nəzərdə tutulub. Ratifikasiya məsələsinə baxılması noyabrın 15-də olmalı idi, lakin ölkə "parlamenti" etirazlar səbəbindən onu təxirə salıb. Etirazçılar isə parlament binası qarşısında toplaşaraq deputatlardan iclas keçirməyi və sazişin ratifikasiyasının əleyhinə səs verməyi tələb edib.



Hazırda tanınmamış respublikada gərginlik davam edir.

Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar