Muxtar Babayev direktoru işdən çıxardı
Qarabağ Regional Hidrometeorologiya Mərkəzinin direktoru Vilayət Həsənov vəzifəsindən azad edilib.
Bakupost.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əmr imzalayıb.
Hələlik Vilayət Həsənovun yerinə təyinat yoxdur. Qeyd edək ki, o, 2023-cü ildə bu vəzifəyə təyinat almışdı.