Ru
21:59 / 03 Mart 2025

İran ordusu “Suleyman-402” tankları almağa başlayıb - FOTO

İran ordusu “Suleyman-402” tankları almağa başlayıb - FOTO
Eye

İran ordusu Amerikanın M60A1 modelinin təkmilləşdirilmiş variantı olan “Süleyman-402” tanklarını almağa başlayıb. Bu texnika gücləndirilmiş atəş gücü və yüksək səviyyədə qorunma xüsusiyyətinə malikdir.

Bakupost.az xəbər verir ki, bu barədə Military Watch jurnalı yazır.

Təkmilləşdirilmiş tank uzaqdan idarə olunan pulemyot modulu, 120 və ya 125 millimetrlik hamar lüləli mərmi ilə təchiz edilib.Kompozit zirehli blokların və dinamik mühafizənin istifadəsi ilə tankın mühafizəsi yaxşılaşdırılıb. “Süleyman-402” həmçinin müasir nişangahlarla təchiz olunmuş yeni atəşə nəzarət sisteminə və daha qənaətcil mühərriklə malikdir.

“M60-ın Süleyman-402” standartına qədər modernləşdirilməsi bu texnikalarım xaricdə istehsal olunan müasir əsas döyüş tankları ilə ciddi rəqabət aparmasına imkan verməyəcək, lakin bu, onların piyada dəstəyi baxımından imkanlarını əhəmiyyətli dərəcədə artıra bilər”, - deyə nəşr yazır.

Məqalə müəllifi ehtimal edir ki, İranın bu tankları xarici tədarüklərdən asılı olmadan texniki xidmətdə saxlaya bilməsi onların modernləşdirilməsinin əsas səbəbi ola bilər.



Lalə, BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar