Myanmanın baş naziri Min Aun Hlayn Vladimir Putinlə görüşü zamanı Rusiya prezidentinə iki unikal nəşr hədiyyə edib.
Bakupost.az RİA Novosti-yə isitnadən xəbər verir ki, 1942-ci ildə nəşr olunan kitablardan biri orijinal nüsxədir və iki ölkə arasında qarşılıqlı əlaqənin tarixi ilə bağlıdır.
“Bu kolleksiya ümumi yaddaşımızın bir hissəsidir. O, dünya üçün çətin olan 1942-ci ildə nəşr olundu”, - deyə Myanmanın baş naziri birinci cildi təqdim edərək deyib.
O, ikinci nəşri “mədəniyyətlər arasında körpü” kimi səciyyələndirərək, orada rus dilində məlumatların olduğunu qeyd edib.
“Belə qeyri-adi jest üçün çox sağ olun. Bu kitablar bizi birləşdirən dəyərlərin mühüm bir xatırlatmasıdır”, - deyə Putin bildirib.
Rusiya prezidenti həmçinin Myanmanın baş nazirinə ölkəyə hədiyyə edilən fil babalarına görə təşəkkür edib.
Min Aun Hlayn də öz növbəsində qeyd edib ki, Rusiyanın səyləri sayəsində dünya çoxqütblüyə doğru gedir.
Bundan əvvəl Myanmanın baş naziri Rusiya Federasiyasının siyasətini və xüsusi hərbi əməliyyatı dəstəkləyib.
Zaur,BakuPost