Myanma İttifaqı Respublikası zəlzələ ilə əlaqədar bir həftəlik milli matəm elan edib.
Bakupost.az xəbər verir ki, bunu Myanmanın baş naziri Min Aun Hlayn deyib.
"Həyat tələfatı və dağıntılarla bağlı olaraq 31.03.2025-ci il tarixdən 06.04.2025-ci il tarixinədək 7 günlük ümummilli matəm günləri elan edilib. Bu günlərdə dövlət bayrağı yarıya qədər salınmalıdır", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, cümə günü Myanmada 7,7 bal, bunun ardınca 6,4 bal gücündə ikinci təkan baş verib. Yeraltı təkanlar 5 ölkədə - Tailand, Banqladeş, Hindistan, Laos və Çində də hiss olunub.