Ru
14:23 / 14 Yanvar 2025

"Nailiyyətim Azərbaycan xanımları üçün stimul olacaq" - Xankəndinin ilk qadın müstəntiqi

"Nailiyyətim Azərbaycan xanımları üçün stimul olacaq" - Xankəndinin ilk qadın müstəntiqi
Eye

“Xankəndi Şəhər Prokurorluğunda ilk qadın müstəntiq olaraq təyinatım mənim üçün böyük qürur mənbəyidir. Bu vəzifəni tarixi bir an kimi qiymətləndirirəm. Xankəndidə yüksək məsuliyyət və qürur hissi ilə xidmət göstərəcəyəm”.

Bakupost.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xankəndi Şəhər Prokurorluğuna müstəntiq təyin olunan Nəzrin Rəcəbova söyləyib.

“Təyinatım obyektiv və şəffaf şəkildə keçirilmiş müsabiqə nəticəsində gerçəkləşib. Göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Ümid edirəm ki, bu nailiyyət digər Azərbaycan xanımları üçün də bir stimul və nümunə olacaq”, – deyə N.Rəcəbova qeyd edib.

Qeyd edək ki, N.Rəcəbova Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar