Ru
21:38 / 16 Yanvar 2025

Naməlum şəxslər Blinkenin mətbuat konfransını pozdular

 Naməlum şəxslər Blinkenin mətbuat konfransını pozdular
Eye

Fələstin tərəfdarı olan iki nəfər ABŞ Dövlət katibi Entoni Blinkenin Dövlət Departamentində keçirdiyi mətbuat konfransına müdaxilə edib.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, tədbir başlayandan bir neçə dəqiqə sonra onlardan biri Blinkenin çıxışını yarımçıq kəsərək, “niyə atəşkəs razılaşması əldə edildikdən sonra İsrail bombaları Qəzzaya düşür” və "nə üçün ABŞ hələ də anklav sakinlərinin öldürülməsinə icazə verir" deyə soruşub.

Etirazçı həmçinin deyib ki, ABŞ İsrailin baş naziri Benyamin Netanyahu və İsrail faşistlərinin üzərinə ağ bayraq dalğalandırıb.

Bir neçə dəqiqədən sonra ikinci naməlum şəxs qışqıraraq Dövlət Departamenti rəhbərinin çıxışını kəsib.

"Sən cinayətkarsan. Niyə hələ də Haaqada deyilsən?" – deyə Blinkenə müraciət edib.

Bu, dövlət katibinin bu həftə Fələstin tərəfdarı fəallar tərəfindən kəsilən ikinci çıxışıdır. Əvvəllər o, ən azı üç dəfə Blinkenin Atlantik Şurada çıxış etməsinin qarşısını ad edib.

Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar