Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:48 / 29 İyul 2024

Namizədliyini verməyənlər və geri çəkilən tanınmışlar - Siyahı böyüyür

9310
Sentyabrın 1-də baş tutacaq növbədənkənar parlament seçkilərinə namizədlərin irəli sürülməsi prosesi ötən həftə başa çatdı.

MSK-nın məlumatına görə, qeydiyyat başa çatanadək 1255 nəfər namizəd olmaq üçün müraciət edib. Artıq onlardan 1141 nəfərin namizədliyi təsdiqlənib.

Onu da qeyd edək ki, deputatlığa namizədliyi irəli sürülən 454 nəfər YAP da daxil olmaqla 25 siyasi partiyanın nümayəndəsidir.





Qeyd edək ki, namizədliyini irəli sürən tanınmış siyasətçilərdən bəziləri mandant uğrunda mübarizədən geri çəkiliblər.


Belə ki, ötən həftə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu namizədliyini geri götürüb. O, öz qərarını belə əsaslandırıb:

"Mən seçkidə iştirak qərarı verməklə digər müxalifət liderlərinin də prosesə qatılacağını düşünürdüm. Namizədliyimi irəli sürdüm ki, bu bir nümunə olsun. Lakin onlar seçkidə iştirakdan imtina etdilər. Düşündüm ki, təkbaşına nə edəcəm axı?! Meydanda tək qaldım. Bu baxımdan, namizədliyimi geri götürmək qərarına gəldim".

Xatırladaq ki, Sərdar Cəlaloğlu namizədliyini 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən irəli sürmüşdü.

Dünən isə deputat Vahid Əhmədov 59 saylı Quba Seçki Dairəsinə müraciət edərək könüllü şəkildə namizədliyini geri götürüb. O isə bu qərarını yaşının çoxluğu və istirahətə ehtiyacı olması ilə əsaslandırıb:

"Kifayət qədər yaşım var. Ailəm və yaxınlarım mənə istirahət etməyi tövsiyə ediblər. Mən hər zaman dövlətimin, millətimin və xalqımın yanındayam. Bundan sonra da dövlətim və xalqım üçün əlimdən gələni etməyə hazıram".

Qeyd edək ki, V. Əhmədov III, IV, V və VI çağırış Milli Məclisinin deputatı olub.




O da maraqlıdır ki, seçkilər elan olunduqdan sonra Müsavat Partiyasının sədri İsa Qəmbər və Məclisin sədri Arif Hacılının da namizədliyini irəli sürüləcəyi gözlənilirdi.




Hətta sabiq vitse-spiker Adil Əliyev icra başçısı göndərildikdən sonra Müsavat başqanının 20 saylı Nərimanov Seçki Dairəsindən namizəd olacağı və parlamentə buraxılacağı haqda xəbərlər yayılmışdı.

Lakin sonradan nə o, nə də Arif Hacılı namizədliklərini irəli sürmədilər.

Bu seçkilərdə mandat almağa iddialılardan biri də Ümid Partiyasının sədri İqbal Ağazadə idi. Onun 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən namizəd olacağı bildirilirdi. Lakin həmin dairədən ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyevin namizəd olacağı aydınlaşdıqdan sonra, İqbal Ağazadə namizədliyini irəli sürməyəcəyini bəyan etdi.

Qeyd edək ki, BQP sədri Fazil Mustafa, ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, ReAL sədri İlqar Məmmədov, AĞ Partiya sədri Tural Abbaslı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə və b. parlament seçkilərinə qatılıb.




Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar