Bakupost.az xəbər verir ki, "Nar" və "Bakcell" xidmət haqqı şərtlərini təqdim edir:
Bakcell şirkəti öz abunəçilərinin diqqətinə çatdırır ki, 31 dekabr 2024-cü il tarixindən etibarən aylıq istifadə haqqı tətbiq edilən nömrələrin ikitərəfli aktiv qalma müddəti 15 gündən 30 günə artırılacaq.
"Nar" 30 dekabr 2024-cü il tarixindən etibarən aylıq xidmət haqqı qarşılığında təqdim olunan hədiyyə bonusunun həcmi yenilənərək 1.2 GB internet trafiki və 50 şəbəkədaxili dəqiqə təşkil edəcək.
Yenilənmiş xidmət haqqına güzəşt qaydalarına əsasən, aylıq sərfiyyatı 50 dəqiqə, 600 MB, 30 SMS və ya daha çox olan abunəçilərdən aylıq xidmət haqqı tutulmayacaq.