Ru
17:39 / 20 Yanvar 2025

Narkotik istifadə edib qaydaları pozdu, həbs olundu - VİDEO

Narkotik istifadə edib qaydaları pozdu, həbs olundu - VİDEO
Eye

Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib

Bakupost.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, yol hərəkəti qaydasını pozduğu üçün “Volkwagen” markalı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.

Görülən tədbirlər nəticəsində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan sürücü Ramil Xamadyarov saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Xamadyarovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Xamadyarovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar