Hansı bank etibarlıdır? - SORĞU
Ru
10:57 / 25 Noyabr 2024

NATO Baş katibindən Ankaraya kritik səfər

708

NATO-nun Baş katibi Mark Rütte bu gün Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, onun Prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə əsas müzakirə mövzusu Ukrayna müharibəsinin genişlənmə təhlükəsi olacaq.

Bununla yanaşı, İsrailin Qəzzaya və Livana hücumları, İranla artan gərginlik, həmçinin Yaxın Şərqdəki son vəziyyət və bölgədə gərginliyin azaldılması üçün NATO ilə birgə addımlar müzakirə ediləcək. Həmçinin, Rutteyə beynəlxalq ictimaiyyətin, o cümlədən NATO-nun, İsrailin hücumlarına son qoymaq üçün Netanyahuya daha çox təzyiq göstərməsinin vacibliyi çatdırılacaq.

Qeyd edək ki, Türkiyə Ruttenin baş katib seçilməsini dəstəkləyən ölkələrdən biri olub. Ankaranın gözləntiləri arasında NATO-nun terrorla mübarizəyə xüsusi diqqət ayırması, müdafiə sahəsində məhdudiyyətlərin aradan qaldırılması və Aİ-yə daxil olmayan müttəfiqlərin ehtiyaclarının nəzərə alınması məsələləri var.

Lalə, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar