Ru
15:06 / 25 Noyabr 2024

NATO nümayəndə heyəti Bakıdadır

NATO nümayəndə heyəti Bakıdadır
Eye

NATO nümayəndələri Bakıya səfər ediblər.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə "X" hesabında paylaşım edib.

Qeyd edilib ki, səfərin məqsədi Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunan Akademik Konfransda iştirak etməkdir.

Səfər çərçivəsində NATO baş katibinin əməliyyatlar üzrə köməkçisinin müavini Burcu San rəhbərliyindəki NATO nümayəndələri, Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə ilə birgə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Elçin Abdullayevlə görüş keçiriblər.

Görüşdə Azərbaycan-NATO tərəfdaşlığı, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Müzakirələr zamanı NATO-nun rəhbərlik etdiyi əməliyyatlara və müttəfiq ölkələrin enerji təhlükəsizliyinə verdiyi töhfələrə görə Azərbaycanın alyansın etibarlı tərəfdaşı olduğu qeyd edilib.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar