NATO-ya üzv ölkələr Rusiyanın istənilən müraciətinə, o cümlədən alyansın Rusiya Federasiyasının sərhədləri yaxınlığında hərbi mövcudluğunun azaldılmasına dair tələbinin cavabında siyasətlərini özləri müəyyən edəcəklər.
Bakupost.az xəbər verir ki, qurumun Baş katibi Mark Rütte Ukrayna münaqişəsinin nizamlanması üçün Moskvanın təklif etdiyi şərtləri şərh edərkən belə deyib.
M.Rütte bildirib: “Putin danışıqlar masası arxasında istədiyi tələbləri irəli sürə bilər, bu, onun hüququdur, lakin o, alyansın 32 üzvünə öz aramızda necə davranmalı olduğumuz barədə bizə söz deyə bilməz”.
NATO nümayəndəsi əminliklə əlavə edib ki, alyans qüvvələrinin Rusiya sərhədləri yaxınlığında toplanması Ukraynada nizamlanma prosesinə təsir göstərmir.
M.Rütte bildirib ki, alyans Polşaya istənilən hücuma sərt cavab verməyə hazırdır. O qeyd edib ki, reaksiya güclü olacaq və Rusiya Prezidenti Vladimir Putinə və digər potensial düşmənlərə açıq xəbərdarlıq məqsədi daşıyacaq.