Ru
16:46 / 23 Noyabr 2024

NATO-nun Baş katibi Trampla görüşdü

NATO-nun Baş katibi Trampla görüşdü
Eye

NATO-nun Baş katibi Mark Rütte Floridada ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla danışıqlar aparıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansı məlumat yayıb.

"NATO-nun Baş katibi Mark Rütte ötən gün Palm-Biçdə (Florida) ABŞ-nin seçilmiş Prezidenti Donald Trampla görüşüb", - məlumatda bildirilib.

Açıqlamada qeyd olunub ki, D.Tramp və M.Rütte alyansın üzləşdiyi geniş spektrli qlobal təhlükəsizlik problemlərini müzakirə ediblər.

Bundan əlavə, M.Rütte və onun nümayəndə heyəti ABŞ Nümayəndələr Palatasının üzvü Mayk Uolts, həmçinin D.Trampın beynəlxalq məsələlər üzrə komandasının nümayəndələri ilə görüşüb. Tramp Mayk Uoltsu milli təhlükəsizlik üzrə müşaviri təyin etməyi qərara alıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar