Ru
12:19 / 10 Aprel 2025

NATO Rusiyanın Avropaya hücumuna hazırlaşır

NATO Rusiyanın Avropaya hücumuna hazırlaşır
Eye

NATO Hərbi Hava Qüvvələri Ramşteyn Flag təlimi çərçivəsində Rusiyanın hərbi blok ölkələrinə hücum ssenarisini məşq edir.

Bakupost.az xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi bildirib.

Qeyd olunur ki, təlimlərə 90 təyyarə, həmçinin pilotsuz uçuş aparatları və helikopterlər cəlb olunacaq. Təlimlər martın 31-dən davam edir və artıq alyans qüvvələri hava hücumlarını dəf etmək və düşmənin hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün manevrlər həyata keçirib.

İndisə Hollandiya sahillərindəki NATO qüvvələri “hücum edən düşmənə qarşı müdafiə zamanı fövqəladə hallarda quru qoşunlarına dəstək vermək bacarığı”ni məşq edir. DPA-nın məlumatına görə, bu, Rusiyanın hücumu ssenarisidir. Mətndə deyilir ki, manevrlər Moskvaya bir siqnaldır.

"Ümid edirik ki, bu cür təlimlər düşməni çəkindirəcək", - alyansın Hərbi Hava Qüvvələrinin komandanı, ABŞ generalı Ceyms Heker agentliyə bildirib.

Bundan əvvəl Almaniya Bundesverinin “Rusiya hücumu” ssenarisini həyata keçirmək üçün sentyabrda kütləvi hərbi təlimlər keçirəcəyi bildirilirdi. Təlimlərə NATO ölkələrindən də əsgərlər cəlb olunacaq; ümumilikdə 800.000-ə qədər əsgər “rus hücumuna” hazırlaşa bilər.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar