Ru
16:36 / 26 Mart 2025

NATO Ukrayna ilə bağlı vacib missiyanı üzərinə götürdü - Özü nəzarət edəcək

NATO Ukrayna ilə bağlı vacib missiyanı üzərinə götürdü - Özü nəzarət edəcək
Eye

NATO Ukraynaya verilən bütün hərbi yardımlara nəzarəti öz üzərinə götürüb.

Bakupost.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış məlumat verib.

O bildirib ki, NATO indi Ukraynanın müdafiə missiyasını öz qanadı altına alır. Əvvəllər, əsasən ikitərəfli münasibətlər əsasında, xüsusilə Polşa, Böyük Britaniya və digər ölkələrin dəstəyi ilə Ukraynaya yardımlar göndərilirdi.

Kosiniyak-Kamış qeyd edib ki, bu yardımların tədarükü artıq NATO strukturları tərəfindən idarə olunacaq, xüsusilə də logistika məsələlərinə nəzarət ediləcək.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar