Rusiya kəşfiyyatında NATO xüsusi xidmət orqanları tərəfindən Yaxın Şərqdən təlim keçmiş yaraqlıların Ukraynadakı xüsusi əməliyyat zonasına köçürülməsi ilə bağlı məlumatlar var.
Bakupost.az xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib
O bildirib ki, bu, Ukrayna Silahlı Qüvvələrinin əksər hissələrinin döyüş qabiliyyətini itirməsi səbəbindən edilir.
"Dəqiqləşdirilmiş məlumatlara görə, NATO ölkələrinin kəşfiyyat xidmətləri yaraqlıları Yaxın Şərq ərazisindən xüsusi hərbi əməliyyat zonasına - Kiyev rejiminin tərəfində döyüş əməliyyatlarında iştirak etmək üçün köçürür", - Narışkin MDB ölkələrinin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Şurasının 55-ci iclasda deyib.
Zaur
BakuPost