Naxçıvan Ali Məclisinin deputatlarının nə qədər maaş alacağı məlum olub.
Bakupost.az Modern.az-ıa istinadla xəbər verir ki, yeni çağırış deputatların aylıq maaşları artıq qərarla yox, qanunla tənzimlənəcək.
Belə ki, əvvəllər Ali Məclisin deputatları Məclisin qərarı ilə müəyyən edilmiş məbləğdə aylıq vəzifə maaşı alırdılar.
Yeni qaydalara əsasən, Naxçıvan deputatlarının maaşın məbləği "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu" haqqında qanunda qeyd olunacaq.
Yeni qanuna əsasən, Naxçıvan Ali Məclisinin sədri 3330 manat məbləğində aylıq vəzifə maaşı alacaq. Ali Məclis sədrinin birinci müavini sədrin aylıq vəzifə maaşının 95 faizini (3163 manat), sədrin müavini 90 faizini (2997), komitə sədri 65 faizini (2164 manat), komitə sədrinin müavini 60 faizi (1998 manat), sıravi deputat isə 50 faizi (1665 manat) miqdarında aylıq vəzifə maaşı alacaq.
Ali Məclisin sədri, onun birinci müavini və müavini hər ay vəzifə maaşlarının 2 misli, Ali Məclisin komitə sədrləri, onların müavinləri və Ali Məclisin deputatları hər ay vəzifə maaşlarının 1,5 misli həcmində vəzifə maaşına əlavə alırlar.
Həmçinin, Ali Məclis tətilə buraxıldığı vaxt deputatlara məzuniyyət veriləcək.