Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əkrəm Hüseynzadə dünyasını dəyişib.
Bakupost.az xəbər verir ki, o, ağır xəstəlikdən sonra bu gün vəfat edib.
Qeyd edək, Əkrəm Hüseynzadə 1983-cü ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universtetini tarix-filologiya ixtisası üzrə bitirmişdi. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri və filologiya üzrə fəlsəfə doktoru idi.