Naxçıvan Muxtar Respublikada yeganə özəl universitet olan Naxçıvan Universitetinə yeni rektor təyin edilib.
Bakupost.az report-a istinadla bildirir ki, bununla bağlı təsisçi müvafiq qərar imzalayıb.
Qərara əsasən, bu vəzifəyə Kazımov Anar Altay oğlu təyin edilib.
Əvvəllər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində çalışan A.Kazımov bu gün kollektivə təqdim edilib.
Məlumatı universitetin Mətbuat Xidməti təsdiqləyib.
Qeyd edək ki, dosent A.Kazımov bu təyinatadək Dövlət İqtisad Universiteində çalışırdı.
Universitetin sabiq rektoru Nurlana Əliyeva isə prorektor vəzifəsində universitetdəki fəaliyyətini davam etdirəcək.