Ru
23:27 / 13 Dekabr 2024

Naxçıvana 15 santimetr qar yağdı

Naxçıvana 15 santimetr qar yağdı
Eye

Naxçıvanın dağ kəndlərində qarın hündürlüyü 15 santimetrə çatıb.

Bakupost.az xəbər vürir ki, muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən əlumata görə, dekabrın 13-də Ordubad rayonunun Parağaçay, Nürgüt, Dırnıs Şahbuz rayonunun Kükü, Biçənək istiqamətlərinə və digər yüksək dağlıq ərazilərə qar yağıb.

Qarın hündürlüyü Parağaçayda 15, Nürgütdə 13, Biçənəkdə 8, Küküdə isə 6 sm olub.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları vasitəsilə yollarda fasiləsiz olaraq qardan təmizləmə işi aparılıb.

Hazırda qardan təmizlənməsi zəruri olan yollarda rahat və təhlükəsiz hərəkət üçün xüsusi texnikalarla işlər davam etdirilir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar