Ru
09:24 / 20 Fevral 2025

Cavid Kəngərli vəzifəsindən azad edildi

Cavid Kəngərli vəzifəsindən azad edildi
1461

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fevralın 19-da Cavid Muxtar oğlu Kəngərlinin Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Bakupost.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavininin digər sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəis təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Tural Rasim oğlu Abdulzadəyə həvalə edilib.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar