Ru
23:06 / 11 Aprel 2025

Naxçıvanda ev yandı, sahibi həyatını itirdi

Naxçıvanda ev yandı, sahibi həyatını itirdi
Eye

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Naxçıvan şəhərinin Sabir küçəsində fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Bakupost.az-ın xəbərinə görə, nazirliyin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Hadisə nəticəsində 1 mərtəbəli, 1 otaqlı, 28 kvadratmetr ümumi sahəsi olan fərdi yaşayış evinin 4 kvadratmetr hissəsində yataq dəsti yanıb, 24 kvadratmetr hissəsi içərisindəki əşyalarla birlikdə yanğından mühafizə olunub.

Yanğın zamanı ev sahibi 1969-cu il təvəllüdlü Vəli Şuqeyib oğlu Hüseynov həyatını itirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar