Ru
15:47 / 04 Dekabr 2024

Naxçıvanda plov qazanına düşən Fəridi Türkiyəyə apardılar

Naxçıvanda plov qazanına düşən Fəridi Türkiyəyə apardılar
Eye

Naxçıvan şəhərində anasının plov bişirdiyi qazanın içinə düşərək bədənində 2-ci və 3-cü dərəcəli yanıq yaraları alan 9 yaşlı Fərid Səfərov hazırda Türkiyənin Ərzurum şəhərində müalicə olunur. Həkimlər onun həyati təhlükəsinin hələ də davam etdiyini bildirir.

Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, ilk tibbi müdaxilə Naxçıvanda edilən Fərid, daha sonra Türkiyəyə aparılıb. Iğdır Dövlət Xəstəxanasında qolunda əməliyyat edilən uşaq, daha sonra Ərzurum Şəhər Xəstəxanasının Yanıq Müalicə Mərkəzinə köçürülüb.

Ərzurum Şəhər Xəstəxanasının Yanıq Müalicə Mərkəzindən həkim Onur Ceylan uşağın vəziyyəti ilə bağlı açıqlama verib:

Uşağın qol və əl nahiyəsində dərin yanıq yaraları var. Hazırda tibbi və sarğı müalicələrinə davam edirik.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar