Naxçıvan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, 74-BB-671 dövlət nömrəli nişanlı, "BMW" markalı avtomobil qarlı havada yük maşını ilə toqquşub. Qəzada bir nəfər xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.