Ru
15:34 / 14 Aprel 2025

Naxçıvanda yeni qurum yaradıldı

Naxçıvanda yeni qurum yaradıldı
Eye

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Təhlükəli Tullantı Poliqonu” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib.

Bakupost.az -ın İqtisadiyyat.az-a istinadən əldə etdiyi məlumata görə, bununla bağlı muxtar respublikanın Baş naziri Ceyhun Cəlilov qərar imzalayıb.

Qərara əsasən, təsərrüfathesablı "Təhlükəli Tullantı Poliqonu” MMC muxtar respublika ərazisində əlvan və qara metal tullantıları istisna olmaqla, təhlükəli tullantıların, o cümlədən istehsalat, tibbi, yararsız tullantıların, zərərli kimyəvi maddələrin, civə və civə birləşmələrinin yığılması (toplanması), daşınması, yerləşdirilməsi, çeşidlənməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması üzrə işləri yerinə yetirəcək.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar