“Kommunikasiyaların açılması sülh prosesində əsas meyarlardan biridir. Ermənistan və Azərbaycan bir-birinə lazım olan kommunikasiya xətlərini açmalıdır. Burada xüsusi şərtlər Azərbaycandan Naxçıvan gediş-gəlişdə tətbiq oluna bilər. Digər istiqamətlərdə isə ümumi beynəlxalq qanunlara uyğun qaydaların tətbiqi mümkündür”.
O bildirib ki, Zəngəzur dəhlizi fərqli bir məqsəd daşıyan kommunikasiya xəttidir:
"Digər ölkələr buradan istifadə edərkən adi prosedur qaydalarından keçməlidir".
T.Zülfüqarov qeyd edib ki, son günlər Ermənistan Qazax-İcevan xəttinin açılması məsələsini qabardır. Bu yolun Azərbaycan üçün məqbul olub-olmaması önəmlidir. Bakı ümumiyyətlə, regional kommunikasiyaların açılmasını istəyir. Bu, qarşılıqlı olaraq istifadə prinsiplərini ehtiva edir:
“Fərqli amil odur ki, Azərbaycanın iki hissəsi arasında olan dəhliz xüsusi rejimdə işləməlidir. Başqa xəttlər üzrə isə qarşılıqlı şərtlər əsasında gediş-gəliş mümkündür. Azərbaycan Rusiya və Gürcüstanla bu cür kommunikasiya əlaqələrinə malikdir”.
Sevinc,
BakuPost