Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev azərbaycanlı jurnalist, AzTV-nin Xəbərlər departamentinin böyük redaktoru Aida Eyvazlıya imzalı kitabını göndərib.
Bakupost.az xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkə hesabında paylaşım edib.
A.Eyvazlının sözlərinə görə, Nursultan Nazarbayev yeni çapdan çıxmış “Mənim həyatım: asılılıqdan azadlığa” adlı roman epopeyasını öz şəxsi imzası ilə ona göndərib.
"Dekabrın son günü... Qazaxıstanın Birinci Prezidenti, Türk dünyasının bilgəsi, idealım, qibtə etdiyim, çox sevdiyim ən müdrik siyasətçidən, ən gözəl və yaraşıqlı kişidən gözlənilmədən hədiyyə alıram. Böyük Nursultan Nazarbayev öz imzası ilə mənə yeni kitabını göndərib! Yuxudur? Əsla! Yuxu deyil! Həqiqətdir! Kitabı əlimə götürürəm, öpüb gözlərimin üstünə qoyuram, qoxlayıram, ruhunu ürəyimə çəkirəm!
Mən Nursultan ağanın bu günə qədər iki kitabını tərcümə etmişəm. Demək, 2024-vü ildə mən bu kitabı da tərcümə edəcəyəm.
Bu kitabı tərcümə etməyi isə Tanrı buyurub! Bu mənim tarix qarşısında missiyam və taleyimdir!
2023-cü il həm türk dünyası üçün, həm Azərbaycan üçün və şəxsən də mənim üçün ço uğurlu il oldu!
Türk əsri başlatyıb! Yolarımız İpək Yolu olacaq!".