Ru
15:45 / 01 Fevral 2025

Nazca mumiyasının bədənindən müəmmalı implant çıxarıldı

Nazca mumiyasının bədənindən müəmmalı implant çıxarıldı
795


Alimlər Peruda tapılan mumiylanmış cəsəddən qeyri-adi metal ərintisindən hazırlanmış implant çıxarıblar.

Bakupost.az xəbər verir ki, Peruda "Nazca" adlandırılan mumiyanın üçbarmaq ətrafları ilə bağlı araşdırmalar davam edir.

Həkim Xose Zalse Benites mumiyadan mürəkkəb metal ərintisindən hazırlanmış implantın çıxarıldığını bildirib. İmplant gümüşü rəngdədir. Tərkibində mis, alüminium, gümüş, kadmium, osmium və qalay kimi metallar var.

Bəzi alimlər isə bu mumiyanın yadplanetli mənşəLi olduğuna hesab edirlər. Lakin Peru Mədəniyyət Nazirliyi bunun saxtakarlıqdan başqa bir şey olmadığını iddia edir.
Arxeoloq Flavio Estrada isə ümumiyyətlə, Nazca mumiyalarının heyvan sümüklərindən hazırlanmış kuklalar olduğunu bildirir.

Lalə, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar