Ru
19:21 / 09 Yanvar 2025

Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı

Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı
1004

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi daxili xidmət polkovniki Dədəş Ataşov vəzifəsindən azad edilib.

Bakupost.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, o, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə işdən çıxarılıb.

D.Ataşovun yerinə Füzuli Yusif oğlu Talıbzadə təyin olunub.

Qeyd edək ki, Dədəş Ataşov 2008-ci ildən İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar