Ru
15:43 / 19 Fevral 2025

Nazir cəzaçəkmə müəssisəsinin rəisini yeni vəzifəyə təyin etdi - FOTO

Nazir cəzaçəkmə müəssisəsinin rəisini yeni vəzifəyə təyin etdi - FOTO
Eye

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran müasir penitensiar kompleksinə rəis təyin edilib.

Bakupost.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq Əmri ilə İsgəndərov Babək Əhliman oğlu sözügedən vəzifəyə təyin olunub.

Babək İsgəndərov bundan əvvəl 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb. Hazırda həmin müəssisənin rəis vəzifəsinin icrası rəis müavini Cavid Səfərova tapşırılıb.

Xatıradaq ki, Lənkəranda yeni inşa edilmiş müasir penitensiar kompleksi ötən ilin yanvar ayında istifadəyə verilib.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar