Ru
12:21 / 12 Mart 2025

Nazir generalı rəis əvəzi təyin etdi - Xanım rəis istefa verdi

Nazir generalı rəis əvəzi təyin etdi - Xanım rəis istefa verdi
Eye

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsindən istefa verib.

Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Tibb Xidmətinin rəisi polkovnik-leytenatı Vəfa Dadaşova öz ərizəsi ilə tutduğu vəzifəsindən azad olunub.

Bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini general-mayor Rəfail Mehdiyev rəis əvəzi təyin olunub.

Qeyd edək ki, Vəfa Dadaşova ötən ilin may ayında sözügedən vəzifəyə təyin edilmişdi. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Rəfail Mehdiyev ötən ilin oktyabr ayında tibb işləri üzrə rəis müavini təyin olunmuşdu.




Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar