Mədəniyyət Nazirliyinin Mil-Muğan Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib.
Bakupost/az Modern.az-a istinadla məlumatına görə, bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.
Bildirilir ki, sözügedən vəzifə Nadir Quliyevə həvalə edilib.
O, bundan əvvəl Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb.