“Məktəblərdə rüşvət halı ilə bağlı hər bir müraciət araşdırılır”.
Bakupost.az verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, bununla bağlı onlara müraciətlər olur: “Həm mediadan, həm də sosial şəbəkələrdən bizə müraciətlər olur. Bu halların hamısı araşdırılır və geridönüş edilir”.