Ru
12:35 / 12 Dekabr 2024

Nazirdən sülh müqaviləsi ilə bağlı AÇIQLAMA - 15 maddə razılaşdırılıb

Nazirdən sülh müqaviləsi ilə bağlı AÇIQLAMA - 15 maddə razılaşdırılıb
Eye

Ermənistanla sülh müqaviləsi layihəsi 17 maddədən ibarətdir, artıq 15 maddə razılaşdırılıb.

Bakupost.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, 2 maddə ilə bağlı işlər isə davam edir.

Ceyhun Bayramov qeyd edib ki, postmünaqişə dövründə Azərbaycan və Ermənistan sülh danışıqlarını və mətn üzrə mübadilələri davam etdiriblər.

XİN rəhbəri bildirib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var: “Bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin qərarı bu işi daha da mürəkkəbləşdirib. Çünki məhz Ermənistan Konstitusiyasının prembulasında Ermənistan müstəqillik əldə edəndən sonra olan sənədə istinad var və o sənəddə də Azərbaycana ərazi iddiaları var”

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar