İsveçdə Bərabərlik və Əmək naziri Paulina Brandberqin banan fobiyası ölkədə dedi-qodulara səbəb olub.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirin getdiyi yerlərdə banan izinin olmaması üçün əvvəlcədən hazırlıqlar aparılır. İnsanlar isə onun bu fobiyasını ciddi qəbul etmir, ələ salırlar. Onların fikincə, əgər nazir istəsə, bu fobiyasını peşəkar formada aradan qaldıra bilər. O bunu etmirsə, demək ictimai işlərdə işləyən insanları ciddi qəbul etmir.
"Expressen" qəzetində nəşr olunan xəbərdə deyilir ki, nazir Brandberq işçilərə əmr edərək bananları o gələnə qədər ortalıqdan qaldırmalarına tapşırıq verib. Nazir rəsmi yazışmalarda da onun olduğu məkanlarda bu meyvənin olmamasına diqqət edilməsini tələb edib.
Nazirin banan fobisi ölkədə ciddi müzakirələrin başlamasına səbəb olub. Vətəndaşlar nazirin asan bir terapiya bu halı aradan qaldıra biləcəyi halda insanları işə cəlb etməyin doğru olmadığını hesab edirlər.
İsveçin Baş naziri Ulf Kristersson isə bunun insani hal olduğunu bildirib. Kristersson deyib ki, nazirin fobiyası hökumətin işinə təsir etmir. Brandberq isə bildirib ki, fobiyasını aradan qaldırmaq üçün peşəkar yardım alır. Nazir Brandberq banan problemindən danışıb və bunun "dünyanın ən qəribə fobiyası" olduğunu etiraf edib.
Elgün, Bakupost