Ru
11:27 / 27 Fevral 2025

Nazirlik 200 min manatlıq gül alır

Nazirlik 200 min manatlıq gül alır
Eye

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi fiziki şəxs Əskərov Qalib İlkin oğlu olub.

Bakupost.az -ın məlumatına görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Əskərov Qalib İlkin oğlu tədbirlər, festivallar, təltiflər və digər əlamətdar günlər üçün Mədəniyyət Nazirliyinə güllər və əklillər satacaq.

Nazirlik satın alacağı güllər üçün Qalib Əskərova 198 min 830 manat ödəyəcək.

Qeyd edək ki, Qalib Əskərov 198 min 830 manatın qarşılığında nazirliyə 3 500 ədəd qızılgül, 2 000 ədəd qərənfil, 90 ədəd gül səbəti, 60 ədəd əklil, 450 ədəd buket və 50 ədəd büstönü səbət satacaq.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar