Ru
12:22 / 23 Aprel 2025

Nazirlik Tağıyevdə ağacların kəsilməsi faktını araşdırdı - Təbiətə 7200 manatlıq ziyan

Nazirlik Tağıyevdə ağacların kəsilməsi faktını araşdırdı - Təbiətə 7200 manatlıq ziyan
Eye

Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ağacların kəsilməsi ilə bağlı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olan şikayət yerində araşdırılıb.


Bakupost.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məlumat yayıb.


İdarənin rəisi Asif Məcidov bildirib ki, aparılan araşdırma zamanı Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində qeyri-yaşayış obyektinin tikintisi aparılan ərazidə tikinti ətrafına çəkilmiş hasarın daxilində 3 ağacın zədələndiyi, eyni zamanda ekoloji ekspertiza rəyinin tələblərinə əməl edilmədiyi müəyyən edilib.

Faktla bağlı tikintiyə cavabdeh şəxs Zamiq Şıxəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 253.5.1 və 541-ci maddələrinə əsasən inzibati protokol tərtib edilib və o, fiziki şəxs qismində 900 manat məbləğində cərimə olunub.

“Eyni zamanda, hasarın kənarında 15 ağacın kəsildiyi və nəticədə təbiətə 7200 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilib. Tikinti ətrafında olan ağaclar sayılaraq qeydiyyata alınıb və mühafizəsinin təmin olunması məqsədilə iş icraçısına təhvil verilib”, - A.Məcidov vurğulayıb.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar