Ru
15:53 / 23 Aprel 2025

Nazirlikdən işdən çıxarılan rəis müavini ilə bağlı AÇIQLAMA

Nazirlikdən işdən çıxarılan rəis müavini ilə bağlı AÇIQLAMA
Eye

Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəis müavini Anar Süleymanov vəzifədən azad edilib.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, eyni zamanda Notariat idarəsinin rəisi olan A.Süleymanovun öz ərizəsi ilə ədliyyə orqanlarında qulluğuna xitam verilib.


Qeyd edək ki, ötən gün mediada Anar Süleymanovun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə məlumatlar yayılmışdı.

Ədliyyə Nazirliyindən bildirilib ki, 14 aprel tarixindən idarə rəisinin öz ərizəsi ilə ədliyyə orqanlarında qulluğuna xitam verilib: “Onun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə məlumatlar həqiqəti əks etdirmir”.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar