Ru
16:06 / 24 Mart 2025

“Nə görə, nə də gəzə bilirəm, oturaq qalmışam” – 98 yaşlı Vidadi Babanlıdan xəbər var - FOTO

“Nə görə, nə də gəzə bilirəm, oturaq qalmışam” – 98 yaşlı Vidadi Babanlıdan xəbər var - FOTO
Eye

“Qocalıqdır da, günlər adi qaydada keçir. Daha yaza bilmirəm. Çox darıxıram”.

Bakupost.az xəbər verir ki, bunu Musavat.com-a 98 yaşlı nasir, şair, tərcüməçi Vidadi Babanlı deyib.

Çətinliklə danışan yazıçı bildirib ki, artıq neçə ildir yaradıcılıqdan uzaq düşüb:

“Gözüm görmür. Nə oxuya, nə yaza bilirəm. Həyatdır da, nə etmək olar ki. Qocalıq belə olurmuş. Övladlarım, nəvələrim gəlib mənə baş çəkir. Təəssüf ki, daha yeriyə bilmirəm. Ayaqlarım daha yer tutmur. Oturaq qalmışam. Çöldən, bayırdan xəbərim yoxdur. Günün bir hissəsini radioya uca səslə qulaq asıram, digər hissəsini isə yatıram, uzanıram”.

Paşinyana ünvanlaşmış “Ay dığa” adlı şeir yazdığını bildirən yazıçı Şuşanı, Ağdamı, Kəlbəcəri görmək arzusunda olduğunu dilə gətirib.

Qeyd edək ki, Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Vidadi Babanlı 2022-ci ildə “Şərəf” ordeni ilə təltif edilib.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar