Ru
12:55 / 24 İyul 2024

Nə oğlu, nə də özü oxuya bilmir, ona-buna söz atmaqla efirə gəliblər - Mirəliyevdən Qarayevə SƏRT SÖZLƏR

3850
Müğənni Elşad Qarayev televiziya verilişlərinin birində müğənni Əli Mirəliyevin ünvanına sərt ittihamlar səsləndirib.

O, çıxışı zamanı “Əli bəyəm oxuyandır? Hamıya dərs keçir, amma özü oxuya bilmir. Əlidi də, sənətkarıdı deməyə də dilim gəlmir, neçə ilin oxuya bilənidi. Mən Əli Mirəliyevin toylara getdiyini görməmişəm. 1974-cü ildən Bakıdayam, amma Əli adında adam tanımamışam. O, ancaq onun-bunun arxasıyca danışmağıyla dəbə minib” deyib.
Məsələylə bağlı Bakupost.az -a danışan müğənni Əli Mirəliyev Elşad Qarayevin ittihamlarına cavab verib.

O, vaxtilə Elşad Qarayevə kömək etdiyini bildirib:


“Elşadı Aftandil İsrafilova kim qoşdu? Mən, Sakit Məmmədov və Firuzə İbadova Aftandil müəllimlə işləyirdik. Mən sizə 1970-ci illərdən danışıram. Elə oldu ki, öz toylarım oldu və ona görə Aftandil müəllimdən ayrılmalı oldum”.


Ə.Mirəliyev E.Qarayevin indi çarəsiz qaldığını bildirib:

“Bunlar bilmirlər nə desinlər. Oxuya bilmirlər axı. Mənim oxumağımı görməyiblər ki? O boyda “Dan ulduzu” ansamblında Dilarə Əliyevayla, Dövlət Mahnı Rəqs ansamblında oxumuşam. Bir məsəl var, deyir ki, “pişiyin ağzı ətə çatmayanda deyir ki, iy gəlir”. Elşad Qarayev mənə "qardaşımsan" deyir, amma görün sonradan haqqımda nələr danışır. Bunlar təhlükəli, evə buraxılası adam deyillər. Bu adamlar heç vaxt qapından içər girməməlidir. Mən onun oxumağına kömək etmişəm. Bəyəm o oxuyandır? Toy bazarına işləyir, ara mahnılar oxuyur. Nə oğlu, nə də özü oxuyandı. Anekdotla, ona-buna söz atmaqla efirə gəliblər. Efirə elə gəlmək olar? Mən efirə sənətimlə gəlmişəm. Televiziya və radioda işləyəndə solo konsertlər vermişəm, pillə-pillə qalxmışam. Bunların isə pillədən xəbəri yoxdur. Elşad mənim tanıdığım bəstəkar və şairləri tanımır. Mən müğənnilərə başa salıram ki, mahnını düzgün oxusunlar. Türkcə yox, Azərbaycanca oxumağı öyrənməlisən. Azərbaycan mahnısı oxumaq çox çətindir. Üzeyir bəyin qoyduğu mahnıları oxumaq üçün illər lazımdır. Mən Üzeyiri anlayıram, amma sən Elşad, heç nədən anlamırsan!”
Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar