Ru
18:14 / 21 Avqust 2024

Necə yatmaq ürəyə faydalıdır? - Kardioloqdan mühüm tövsiyə

Necə yatmaq ürəyə faydalıdır? - Kardioloqdan mühüm tövsiyə
4593

Yatan zamanı bədənin vəziyyəti ürək-damar sisteminin fəaliyyətinə təsir göstərir.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, rusiyalı kardioloq Anna Masterkova yuxu zamanı bədənin mövqeyinin ürək-damar sisteminin işinə təsir edə biləcəyini araşdırıb. Onun gəldiyi qənaətə görə, bədənin vəziyyəti bəzi halalra ürəyin yükünü artıra bilir.

O, ən uyğun vəziyyətin sol tərəf üstdə yatmaq olduğunu deyib. Kardioloqun sözlərinə görə, bu mövqe ürək əzələsinə təzyiqi azaldır, optimal qan axınını təmin edir. Masterkova arxası üstə yatmağın apne riskini artıra biləcəyini və bunun da qanda oksigenin səviyyəsinə mənfi təsir göstərəcəyini deyib.
O, düzgün yatmağın təkcə rahatlıq məsələsi deyil, həm də ürək-damar xəstəliklərinin qarşısının alınmasında mühüm element olduğunu bildirib.

Vasif

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar